22 Oktyabr 2018 16:25
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya bu şərtlər daxilində Səudiyyə Ərəbistanına silah ixrac etməyəcək. Bununla bağlı qərar var. Riyada qarşı Avropa Birliyi ölkələri də analoji qərar qəbul etməlidir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Almaniyanın iqtisadi və enerji naziri Peter Altmaier çıxış edib.

Nazir bildirib ki, Almaniyanın koalisiya hökuməti Səudiyyə Ərəbistanına silah satmamaq məsələsində vahid mövqedədir: “Çünki jurnalist Camal Qaşıqçıyla bağlı nə baş verdiyini bilmək istəyirik”.

Nazir əlavə edib ki, Almaniyanın Səudiyyəyə silah satışını dayandırması ilə paralel digər ölkələr bu işə davam edərsə, Berlinin qərarının təsiri olmayacaq:

“Fikrimcə, Səudiyyə Ərəbistanına silah ixracatı mövzusunda Avropanın vahid mövqeyi önəmlidir. Bütün Avropa ölkələri bu mövzuda eyni fikirdə olsa, bu, Səudiyyəyə ciddi təsir göstərər”.


Müəllif: Cavad

Oxşar xəbərlər