Müxalif ərəb jurnalist Camal Qaşıqçı cinayətinin istintaqı çərçivəsində İstanbul şəhərində Sultanqazi avtomobil dayanacağında aparılan axtarış başa çatıb.
Teleqraf.com "CNNTürk"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna məxsus 34 CC 1736 nömrə nişanlı avtomobildən 2 çemodan və müxtəlif əşyalar tapılıb. Tapılan kompüter, şəxsi əşyalar və sənədlərin Camal Qaşıqçıya aid olduğu güman edilir. Axtarış tədbirlərinə xüsusi təlim görmüş iki it də cəlb olunub və 2,5 saat davam edib.