Camal Qaşıqçı cinayətində adı keçən səudiyyəlilərin vizasını ləğv edəcəyik.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Dövlət katibi "Vaşinqton Post" yazarı Camal Qaşıqçının qətlində iştirak edən bütün Səudiyyə Ərəbistanı rəsmilərinin vizalarının ləğv olunacağını söyləyib.
Onun sözlərinə görə, Türkiyə Qaşıqçı ilə bağlı aparılan istintaqda ABŞ-la yaxından əməkdaşlıq edir.