24 Oktyabr 2018 14:45
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərindən İran parlamentinin deputatı Zəhra Sai fars millətçi qruplaşmasının üzvləri tərəfindən təhqir edilib.

Teleqraf.com xəbər verir ki, xanım deputatın təhqir edilməsinə səbəb onun İnstaqram səhifəsində Azərbaycan dilində paylaşım etməsi olub.

Zəhra Sainin paylaşımından qəzəblənən millətçilər onun ünvanına təhqiramiz ifadə və söyüş ünvanlayıblar.

Zəhra Sai oktyabrın 22-də İnstaqram səhifəsində azərbaycanlı güləşçi Pərviz Hadinin Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanması münasibətilə təbrik etmişdi:

“Xoşbəxtlikdən qeyrətli türk güləşçi Pərviz Hadi Azərbaycana daha bir uğur qazandırıb. O, dünya çempionatında bürünc medal alıb, bu, qızıl medaldan heç də az deyil. Pəhləvanın qeyrətinə salam olsun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər