ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfər edib.
Teleqraf.com "Novosti Armeniya"ya istinadla xəbər verir ki, Con Bolton sabah Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanda Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşəcək.
Qeyd edək ki, Con Bolton Ermənistan səfərindən əvvəl Moskvada və Bakıda səfərdə olub.