27 Oktyabr 2018 10:18
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümü bəzən seksual, çox vaxt isə günahsız, saf hesab edirəm.

Teleqraf.com xəbər verir ki, bunu hələ tələbəykən kəşf edilən, atasını tanımayan , uşaq yaşlarından işləməyə başlayan, 21 yaşında gözəlliyi qədər qabiliyyəti ilə də seçilən gənc türk aktrisa Afra Saraçoğlu deyib.

Onun sözlərinə görə, aktrisa olmağı uşaqlıqdan arzulayıb: “Evdə özüm ssenarilər yazıb, paltar tikib sonra da onları canladıraraq telefona çəkərdim. Amma bu qədər qısa zamanda belə çox iş görə biləcəyimi düşünmürdüm”.

Afra Saraçoğlunun sözlərinə görə, tək gözəlliklə bütün işləri başa gətirə bilməzdi: “Karyerada dəyərli layihələr və nizam-intizam çox vacibdir”.

Ata-nasının boşanmasından söz açan aktrisa deyib: “Atamla anam ayrılandan sonra iki qadın ayaq üstə durmaq, işləmək və pul qazanmaq məcburiyyətində qaldıq, bir-birimizə dəstək olduq”.

O, hələ də atasının üzünü görmədiyini deyib: “İndiyə qədər ortaya çıxmayıb, bundan sonra çıxsa da heç bir xeyri yoxdur”.

Afra Saraçoğlu ilk film çəkilişinə gəldiyi günü ayrıca qeyd edib: “Bu məqsədlə İstanbula gəldiyimi çox yaxşı xatırlayıram. İstanbulu tanımırdıq, sınaq çəkilişindən sonra Əkskişəhərə döndüm, amma iki gün sonra “İkinci şans” filmi üçün yenidən çağırıldım. Beləcə davam etdik...”


Müəllif: Aytən

Oxşar xəbərlər