22 Avqust 2014 20:24
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna yardım karvanını icazə almada ölkənin şərq sərhədlərindən keçirdiyini deyərək, Rusiyanı birbaşa işğalçı adlandırıb.

Ukraynanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyənatında deyilir ki, yoxlanış üçün sərhəd məntəqəsində bir neçə gün gözləyən 200 maşından ibarət humanitar yardım karvanı Ukraynaya doğru irəliləyib.

Karvan neçə gündür ki, təftişdən keçmək üçün gözləyirdi. Moskva isə Kiyevin icazəsini gözləməkdən yorulduğunu bildirib.

Bu gün Rusiyadan Ukraynaya ərzaq, su, generatorlar və mobil yataqlarla dolu onlarla yük maşını keçib. Təftiş keçirənlər arasında olan Qırmızı Xaç Cəmiyyəti təhlükəsizlik zəmanəti olmadığı üçün maşın karvanını müşayiət etməyəcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər