Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının xidməti avtomobilinə odlu silahdan atəş açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Gümrü rayonunda baş verib.
Avtomobil bazaya məxsus hərbi qospitalın rəisi Maqomed Maqomedovun müavininin olub. Hadisə vaxtı rəis müavini avtomobildə olub.
Gecə saatlarında baş vermiş hücumun kimlər tərəfindən və hansı səbəbdən həyata keçirildiyi məlum deyil.
Hadisə nəticəsində avtomobilə 3 milyon dram həcmində zərər dəyib. Araşdırma aparılır.