30 Oktyabr 2018 11:57
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvələ qədər ABŞ-Ermənistan münasibətlərində inkişaf meyilləri müşahidə edilirdi. Bu, sürətli inkişaf edən münasibət deyildi, amma ciddi iqtisadi əlaqələr vardı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Exo Moskva” qəzetinə müsahibəsində deyib.

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistan haqda fikirlərini şərh edən səfir hazırda Ermənistan-ABŞ münasibətlərində inkişaf meyillərinin zəiflədiyini bildirib:

“Bəli, son dönəmlərdə ikitərəfli münasibətlərdə problemlər yaranıb. Digər tərəfdən, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Son zamanlar ABŞ-ın bu münaqişəyə fərqli prizmadan yanaşması bizi narahat edən əsas məsələlərdən biridir. Ermənistanın Rusiya ilə birgə Suriyada humanitar missiya həyata keçirmək məsələsi gündəmə gəldikdən sonra ABŞ Dağlıq Qarabağ münaqişəsini masaya atdı”.

Vardan Toqanyan ABŞ-Ermənistan münasibətlərində yaranmış problemlərin bir sıra ehtimalları ortaya çıxardığını vurğulayıb:

“Hazırda ikitərəfli münasibətlərdə qulaqbatırıcı gurultu var. Bu fonda da Ermənistanın ABŞ-dan silah almaq niyyətində olduğu məsələsi gündəmə gəldi. Onu deyə bilərəm ki, Con Boltonun İrəvan səfərində bu məsələ müzakirə edilməyib. Bolton eyni zamanda, ABŞ Konqresinin silah satışını qadağan edən qanun layihəsinin ləğv edəcəyi ehtimalından danışdı. Bu da İrəvanda müzakirə edilməyib. Nikol Paşinyan da bildirdi ki, hazırda belə bir təklif yoxdur və belə bir təşəbbüs olsa, bunu müzakirə etməyə hazırıq.

Biz indi Rusiyadan silah alırıq. Bizim ordumuz rus silahları ilə gücləndirilib. Rusiyadan istədiyimiz qədər silah almaq fürsətimiz var. Paşinyan isə bildirdi ki, əgər ABŞ Ermənistana silah satmaq istəsə, bunu müzakirə edəcəyik”.

Qeyd edək ki, Con Bolton rəsmi İrəvana müraciət edərək, Rusiya ilə ənənəvi münasibətlərdən imtina etməyə çağırıb. Boltonun bu fikirləri Ermənistan və Rusiyanın narazılığına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər