Səudiyyə Ərəbistanın Baş prokuroru Səud əl-Muacib müxalif ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi İstanbul konsulluğunda cinayətin baş verdiyi yerə baxış keçirəcək.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Baş prokuroru İstanbulun baş prokuroru İrfan Fidanla ikinci dəfə görüşmək üçün Ədliyyə Nazirliyinə gəlib.
Görüşdən sonra o, Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda araşdırma aparacaq.
Qeyd edək ki, Səud əl-Muacib İrfan Fidanla birinci görüşdə Camal Qaşıqçı cinayəti ilə bağlı Türkiyənin əldə etdiyi dəlillərin Səudiyyəyə təqdim olunmasını tələb etsə də, rədd cavabı almışdı. Türkiyə rəsmiləri istintaqın İstanbul prokurorluğu tərəfindən aparılacağını bəyan etmişdi.