Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2019-cu ilin mayında Ukraynaya qayıdacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko məlumat verib.
Deputat Saakaşvilinin Ukraynada keçiriləcək prezident seçkilərindən sonra ölkəyə qayıdacağını açıqlayıb: “Qayıdış prezident seçkilərindən sonra baş tutacaq. O, parlament seçkilərində aktiv iştirak etmək niyyətindədir”.
Yuri Derevyenko Saakaşvilinin baş nazirliyə iddialı olub-olmaması haqda suala cavab verməkdən imtina edib. Ukrayna KİV isə onu post-Poroşenko dönəminin baş naziri kimi təqdim etməyə başlayıb.
Qeyd edək ki, bir dönəm Odessa bölgəsinin qubernatoru olan Mixail Saakaşvili 2017-ci ildə Prezident Pyotr Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib. 2021-ci ilədək Ukraynaya girişi qadağan edilən Saakaşvili Polşaya gedib.