Noyabrın 2-də NATO-ya aid 5 hərbi gəmi Gürcüstanın Batumi limanına gəlib.
Teleqraf.com xəbər verir ki, Acar Muxtar Respublikası hökuməti Batumi limanına 5 NATO hərbi gəmisinin gəldiyini açıqlayıb.
Açıqlamada Türkiyənin TCG, Almaniyanın REHİN admiral gəmisi, Bolqarıstanın STİBAR gəmisi, Ruminiyanın Dmitri Nikolesku gəmisi və İspaniyanın TURİA gəmisinin limanda yerləşdiyi qeyd edilib.
Gəmilərin gəlişi səbəbi ilə xüsusi qarşılama mərasimi keçirilib.
Mərasimdə muxtariyyətin rəhbəri Tornike Rijvadze, Gürcüstanın Sahil Təhlükəsizlik Departamentinin rəhbəri, Türkiyənin Batumi konsulu və hökumət üzvləri iştirak edib.
“Bu, NATO ilə uğurlu əməkdaşlığımızın bir göstəricisidir. NATO-nun bizə olan dəstəyi çox önəmlidir. Dostlarımızı Batumi şəhərində qonaq etməkdən məmnunluq duyuruq”,- muxtariyyətin lideri deyib.
Xatırladaq ki, NATO gəmiləri Gürcüstanın Sahil Təhlükəsizlik bölmələri ilə birlikdə hərbi seminarlara qatılacaq.