6 Noyabr 2018 00:45
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının lideri Kral Salman baş prokurora jurnalist Camal Qaşıqçının işinin ədalətli araşdırılması və qatillərin məhkəmə qarşısına çıxarılmasına dair göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyasının rəhbəri Bender el-Ayban BMT İnsan Haqları Şurasının bu gün keçirilən iclasındakı çıxışında bildirib.

Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər