6 Noyabr 2018 13:35
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2025-2035-ci illərdə ABŞ üçün təhlükə doğurmayacaq. Çünki mövcud potensialını qoruyub saxlaya bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Jozef Danford deyib.

Amerikalı general bildirib ki, getdikcə gücünü itirən Rusiya ABŞ-a əlavə dividentlər qazanmağa imkan yaradır:

“Hərbi potensialı ilə yanaşı, Rusiya iqtisadi və demoqrafik gücünü də itirir. Hesablamaya görə, Rusiya 2025-2035-ci illərdə Çinlə eyni formada təhdid mənbəyi ola bilməyəcək.

Danforda görə, Çin öz potensialını artırmaq üçün daha geniş fürsətlərə malikdir: “Qarşıdakı bir neçə ildə Çin güclənmək səylərini davam etdirəcək. Hesab edirəm ki, qarşıdakı 20-30 il ərzində Çin böyük təhdidə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər