9 Noyabr 2018 17:16
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Rusiyanın lehinə casusluq etdiyi üçün həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatı daha sonra Avstriyanın kansleri Sebastian Kurts təsdiq edib. Onun sözlərinə görə, 70 yaşlı hərbçinin Rusiya kəşfiyyatı ilə əlaqələri 1990-cı illərin sonundan başlayıb və 2018-ci ilədək davam edib. Zalsburqdan olan polkovnik buna görə ümumilikdə 300 min avro alıb.

Məsələ ilə bağlı Rusiyanın Avstriyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Həmçinin, xarici işlər nazirinin Rusiyaya səfəri ləğv edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər