İordaniyada leysan yağışları nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 2 nəfər isə itkin düşmüş sayılır.
Teleqraf.com xəbər verir ki, bu barədə İordaniya hökumətinin nümayəndəsi Cuman Qneymatın açıqlamasında bildirilib.
Onun sözlərinə görə, Mülki Müdafiə Xidmətinin yüzlərlə əməkdaşı axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Qeyd edək ki, noyabrın 9-da İordaniyanın hakimiyyət orqanları leysan yağışları səbəbindən “Petra” tarixi parkının bütün ziyarətçilərinin təxliyəsi barədə qərar qəbul edib.