11 Noyabr 2018 00:34
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın eks-prezidenti Robert Köçəryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətlə müraciət ediblər.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə məlumatı sabiq dövlət başçısının vəkillər komandasının mətbuat katibi Elen Arakelyan yayıb.

"Biz təqsirsizlik prezumpsiyasının və müdafiə hüququnun pozulması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik", - deyə Elen Arakelyan deyib.

Onun sözlərinə görə, iddia ərizəsi bir həftə öncə təqdim edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər