11 Noyabr 2018 19:25
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəndil dağlarında fəaliyyət göstərən 3 PKK terrorçusunun başına 12 milyon dollar mükafat qoyan ABŞ Suriyanın Haseki ərazisində yaratdığı düşərgədə 5 min PKK terrorçusuna verdiyi hərbi təlimi başa çatdırıb.

Teleqraf.com bildirir ki, ötən ay Rakkada minlərlə terrorçunun hərbi təlimdən sonra ehtiyata buraçan ABŞ bu dəfə Hasekidə 5 min terrorçuya məzun “diplomu” verib.

Terrorçulara iki ay müddətində təlim keçilib. Daha sonra məzun tədbiri keçirilib. Mütəxəssislər qeyd edirlər ki, ABŞ terrorçulara silah təlimi də keçib. Bu zaman İŞİD-lə mübarizə bəhanəsi adı altında Suriyaya gətirilən silahlardan istifadə edilib.

ABŞ tərəfindən terrorçulara verilən hərbi təlimlər “Sərhəd təhlükəsizliyi xüsusi təlimi” adı altında keçirilir. Bu zaman təlimlərdə iştirak edən terrorçulara ayda 200 dollar maaş verilir.


Müəllif: Cavad

Oxşar xəbərlər