11 Noyabr 2018 23:14
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə anım mərasimi Parisdə olan 70-dən çox dövlət və hökumət rəhbərinin müharibə qurbanlarının xatirəsinə keçirilən marşla başlayıb.

Marşda ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin iştirak etməyib.

Donald Trampın tədbirə gec qatılmasına səbəb Femen qrupunun üzvünün onun kortejinin qarşısına çıxması olub.

Rusiya Prezidenti Vladimir Putin anım mərasiminə qatılan ən sonuncu dövlət rəhbəri olub. Təyyarəsi gecikdiyindən o, hava limanından birbaşa anım tədbirinə gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər