16 Noyabr 2018 16:15
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın daxili işlər naziri Horst Şehofer rəhbərlik etdiyi Xristian Sosial Birlik Partiyasının sədrliyindən gedəcəyi tarixi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Horst Şehofer hökumətin koalisiya ortağı olan partiya ilə gələn ilin yanvarın 19-da vidalaşacağını bəyan edib.

Qeyd edək ki, Almaniyada əsas koalisiya ortağı Xristian Demokrat və Xristian Sosial Birlik partiyalarıdır. Məhz bu ittifaq Sosial Demokrat Partiyası ilə danışığa gedərək koalisiya hökuməti yaratmağa nail olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər