16 Noyabr 2018 18:35
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Kommunist Partiyası qarşıdan gələn növbədənkənar parlament seçkisini boykot edib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.

Kommunist Partiyası başlanğıcdan etibarən namizədlərə bərabər seçki şərtlərinin yaradılmamasının, həmçinin seçkinin tələm-tələsik keçirilməsinin, o cümlədən anti-Rusiya qüvvələrinin fəaliyyətinin və Rusiya kompaniyasına qarşı cinayət təqibi başladılmasının boykot səbəblərindən olduğunu vurğulayıb.

Kommunistlər hesab edirlər ki, ölkədə qeyri-sağlam siyasi atmosfer hökm sürür.

“Əvvəlki hakimiyyətin anti-demokratikliyini və hazırkının zahiri demokratiyasını nəzərə alaraq, Kompartiya parlament seçkisini boykot edir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək..


Müəllif: Səxavət