Rəsmi Kreml Rusiya Prezidenti Vladimir Putinin keçmiş mühafizəçilərinə torpaq ayrılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov “Novaya qazeta” nəşrində Rublevo-Uspensko magistralında Putinin keçmiş təhlükəsizlik işçilərinə torpaq verdiyi barədə yazılan materialla tanış olduğunu söyləyib.
O qeyd edib ki, gəlirlər haqda bəyannamələr, xərclər, bank hesabları və mülkiyyət haqqında məlumatlar həmişə diqqətlə yoxlanılır:
“Məhz bu yoxlamalar nəticəsində bəyan edilən məlumatların doğruluğuna diqqət yetiririk”.