Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziya Respublikasının prezidenti Raul Xadjimba ilə noyabrın 21-də Soçidə bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşdə cari vəziyyətlə yanaşı, sosial-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivinin müzakirəsi də nəzərdə tutulub.