22 Noyabr 2018 15:33
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva ilə Minsk NATO ölkələri, eləcə də ABŞ-ın Orta və Qısa Mənzilli Raket Müqaviləsindən geri çəkilməsindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyanın baş diplomatı ABŞ-ın məlum qərarının Avropada gərginlik yaradacağını bildirib.

Lavrova görə, sözügedən müqavilənin ləğv edilməsi, Rusiya və Belarus üçün ciddi problemlər yaradacaq:

“Buna görə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr də, bu addıma cavab verməlidir”.

Qeyd edək ki, ABŞ Prezidenti SSRİ ilə imzalanmış müqaviləni ləğv edəcəyini açıqlayıb.

Amerika başçısının addımı rəsmi Moskvanın etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər