22 Noyabr 2018 23:41
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Apellyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barədə çıxarılmış hökmü qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, Valeri Gelaşviliyə hücum etməkdə ittiham olunan Saakaşvilinin 6 il azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.

Bu barədə məhkəmə prosesində iştirak edən vəkil Arçil Txeşelaşvili deyib.

Vəkil məhkəmənin Mixail Saakaşvilinin deputata hücumunu intiqam almaq cəhdi kimi qiymətləndirdiyini bildirib:

“Məhkəmə müraciətimizi təmin etmədi və Saakaşvilinin 6 il azadlıqdan məhrum etmək qərarını verdi”.

Qeyd edək ki, hazırda Polşada olan Mixail Saakaşvili Gürcüstana qayıdacağı halda həbs ediləcək. O, deputat Valeri Gelaşvilini öldürməyə cəhd etməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər