Rusiyanın xalq artisti, aktyor Sergey Bezrukovun oğlu dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, o bu xəbəri İnstaqram sosial şəbəkəsində izləyiciləri ilə bölüşüb.
Aktyor doğum evindən fotoşəkil paylaşıb və həyat yoldaşına təşəkkür edib.
“OĞUL! Mən yenə sevincliyəm. Anyoçka, sevimlim mənim, əzizim mənim! Sənə minnətdaram!”, – o qeyd edib.
Sosil şəbəkə istifadəçiləri fotonun altında çoxlu şərhlər yazıb və aktyora xoşbəxtlik arzulayıblar.
Qeyd edək ki, S.Bezrukov və Anna Matison 2016-cı ildə nikaha daxil olublar. Bir neçə ay sonra onların qızı Mariya dünyaya gəlib.
Oktyabrın 18-də aktyor 45 yaşını qeyd edib. Artistin yubileyini Moskva meri Sergey Sobyanin də təbrik edib.