Moskva vilayətinin Balaşıx şəhər dairəsində 450 kv metr sahəsi olan böyük anbarda yanğın olub. Anbardakı bütün inşaat materialları külə dönüb.
Teleqraf.com Rusiya KİV-nə istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 59 FHN əməkdaşı və 17 ixtisaslaşmış texnika cəlb olunub.
Yanğının tüstüsü Moskva vilayətini tamamilə bürüyüb.