"Nə yaxşı ki, neftin qiyməti aşağı düşür (Təşəkkür, prezident T.)"
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp neftin qiymətinin düşməsinə münasibət olaraq "Twitter" səhifəsində yazıb.
Ağ Ev rəhbəri həmçinin ölkədəki vergi islahatlarına və inflyasiyanın faizinin aşağı düşməsinə diqqət etməyə çağırıb.
Qeyd edək ki, Donald Tramp vergi islahatı haqqında qanun layihəsini ötən ilin 22 dekabrında təsdiqləyib.