26 Noyabr 2018 00:15
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya məxsus hərbi gəmini vurub.

Teleqraf.com xəbər verir ki, Krımın Kerç boğazında səhərdən etibarən davam edən gərginlikdə ilk atəş açılıb. Bu barədə məlumat Ukrayna tərəfindən verilib. Ukrayna Rusiyanın açdığı top atəşi nəticəsində onlara məxsus gəminin partladığını bildirib.

Hətta bir hərbçinin öldüyü də yayılan məlumatlar arasındadır. Hətta bir neçə gəmi və hərbçilərin Rusiya ordusu tərəfindən tərkisilah edilərək əsir götürüldüyü bildirilir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yerli vaxtla saat 07.00-da Ukrayna Donanmasına məxsus 3 gəminin Rusiyaya aid sulara icazəsiz daxil olduğunu açıqlayıb.

Qeyd edək ki, Krımın işğalından sonra Moskva ilə Kiyev arasında gərginlik davam edir. 25 noyabr, günorta saatlarında Rusiya Krım yarımadasını quruya bağlayan körpünü bağlayıb, axşam saatlarında isə Kerç boğazı üzərində hərbi təyyarələr uçurtmağa başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər