Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Parisdə keçirilən küçə mitinqlərində iştirak edib.
Teleqraf.com xəbər verir ki, o, aksiyada iştirak etdiyini göstərən fotoları sosial şəbəkələrdə yayıb.
Fransa xalqının mübarizəsini təqdir edən Peskova küçələrdə barrikadaların qurulmasını heyranlıqla izləyib.