Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FETO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 həbçi nəzarətə götürülüb.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ankara Respublika Prokurorluğunun yaydığı məlumatda Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FETO-çu imamlarla əlaqələri üzə çıxıb.
FETO ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.
Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.