Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan Spitak rayonunda seçki kampaniyası çərçivəsində Respublikaçı Partiyasının üzvləri olan kənd icmalarının rəhbərlərini təhdid edib.
Teleqraf.com xəbər verir ki, o, seçiləcəyi halda respublikaçı olan bütün kənd rəhbərlərini vəzifələrindən uzaqlaşdıracağını deyib.
Seçiciləri ilə görüşən Paşinyan çıxışında bildirib:
“Niyə respublikaçı kənd rəhbərləri hələ də öz postlarında qalırlar? Seçkilərlə kəndliləri qorxutmaq üçün, yoxsa ağlımıza gəlməyən başqa səbəblər var? O zaman bilin ki, seçildikdən sonra ofislərinizə gələcəyəm və sizi boynunuzun arxasından tutub kənara atacağam.
Çıxışına davam edən Paşinyan qeyd edib:
“Bu ölkədə vətəndaşı qorxutmaq istəyən varmı? Siz kimsiniz? Hamınızın üzərinə asfalt tökəcəyəm. Respublikaçılar və oliqarxlar, sizin üzərinizdən asfalt yol çəkəcəyəm, o asfaltın altından çıxa bilməyəcəksiniz”.