28 Noyabr 2018 10:08
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq prezidenti seçilən Bərham Saleh Türkiyə səfərini təxirə salaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib. Bu səfərdən sonra ilk dəfə olaraq, Səudiyyə və BƏƏ-nin İraqla münasibətləri ən yüksək səviyyəyə qalxdı.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Mahir Nakip deyib.

Onun sözlərinə görə, BƏƏ şahzadəsi Məhəmməd bin Zayed xüsusi plan çərçivəsində İraq və Suriyaya maraq göstərməyə başlayıb: “Əsas hədəf isə Türkiyəni şimaldan vurmaqdır. Bu məqsədlə Suriyada İran-Türkiyə-Rusiya blokuna qarşı ABŞ və İsrailə bağlı yeni güc mərkəzləri yaranmağa başlayıb”.

Mahir Nakip qeyd edib ki, İraq prezidenti onu ilk təbrik edən Türkiyəyə gəlməyə maraq göstərmir: “O, Türkiyənin yerinə Səudiyyəyə getdi və oradan ilginc mesajlar verdi. Nazir Fuad Hüseyni isə BƏƏ-yə göndərdi. Bundan sonra Məsud Bərzani BƏƏ-yə səfər etdi.

Hesab edirəm ki, bu səfər tıxacı gərgin dönəmin sirlərini açmaq üçün böyük əhəmiyyətə malikdir. Əlbəttə, bu prosesin İraq üçün mənfi nəticələri olacaq. Siyasi sistem və İraq parlamenti bundan ziyan görəcək. Beləliklə, ölkə daxilində fəaliyyət göstərən terror təşkilatları yenidən fəallaşdırıla bilər”.

Mahir Nakip bölgədə yeni qarşıdurma ocağının yaranacağını bildirib: “Hesab edirəm ki, Suriya və İraqın parçalanacağı reallaşa bilər. Bunun isə Körfəzdəki gərginliyi pik həddə qaldıracağı istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər