Belarusun paytaxtı Minskdə Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi (MDB İK) arasında əməkdaşlığın dərinləşdirilməsi haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, memorandum AİB-in idarə heyətinin sədri Tiqran Sərkisyan və MDB İK-in sədri Sergey Lebedev tərəfindən imzalanıb.
Qeyd edək ki, bundan əvvəl 2012-ci ildə AİB və MDB İK arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Komissiya texniki tənzimləmə, əmək miqrasiyası, intellektual mülkiyyət, nəqliyyat, sənaye və digər məsələlər üzrə MDB dövlətləri ilə sıx əməkdaşlıq edir.
Yeni anlaşmada isə qeyd edilir ki, memorandum əvvəlcədən mövcud olan əməkdaşlıq mexanizmlərinin inkişafına ehtiyac duyulduğu üçün imzalanıb.
Tərəflər identifikasiya, dövlət satınalmaları, istehlakçı hüquqlarının qorunması, rəqəmsal iqtisadiyyat, xarici ticarət, rəqabət siyasəti, antitrust, habelə sanitariya, baytarlıq, sanitariya və karantin fitosanitariya tədbirləri vasitəsi ilə gömrük rüsumlarının tənzimlənməsi, izlənilməsi, etiketləşdirilməsi, vergi siyasəti və idarə edilməsi sahələrində əməkdaşlıq etmək niyyətindədir.