Rusiya prezidenti Vladimir Putin G-20-lərin Zirvəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla jurnalist Camal Qaşıqçının qətlilə bağlı müzakirə aparacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin xarici məsələlər üzrə məsul şəxsi Yuriy Uşakov bildirib.
Görüşdə həmçinin Yəmən, Suriya və Suriya Konstitusiya Komitəsinin fəaliyyətə başlaması məsələləri də müzakirə ediləcək.
ABŞ prezidenti Donald Trampın G-20-lərin Zirvəsində Məhəmməd bin Salmanla görüşməyəcəyi açıqlanıb.