Ukraynanın paytaxtı Kiyevdə sağ qüvvələr rusiyalı biznesmenlərə məxsus “Ocean Plaza” ticarət mərkəzinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, etirazçılar mərkəzin binasına od vurublar. Ticarət mərkəzindəki insanlar təxliyə olunub.
Polis və mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırmağa çalışırlar.