Gürcüstanda prezident seçkilərinin ikinci turunda iştirak edən namizəd Salome Zurabişvili 59,56 faiz (1.14 milyon seçici) səs toplayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Müxalifət koalisiyasının namizədi Qriqol Vaşadze isə səslərin 40,44 faizini (778 min nəfər) yığa bilib.
Zurabişvili və onun tərəfdarları artıq seçkidə əldə etdikləri qələbəni qeyd edirlər.
Noyabrın 28-də keçirilən seçkilərdə 56,23 faiz seçici fəallığı qeydə alınıb. Bu, xarici ölkələrdəki seçicilərə aid deyil.
Qeyd edək ki, Salome Zurabişvilinin namizədliyi hakim Gürcü Arzusu Partiyası tərəfindən irəli sürülmüşdü.