G20 zirvə görüşündə iştirak etmək üçün Almaniyadan Argentinaya hərəkət edən kansler Angela Merkelin təyyarəsi Kölndə təcili eniş edib.
Teleqraf.com xəbər verir ki, kansler və maliyyə nazirini Argentinaya aparan təyyarə texniki-elektrik səbəbindən təcili Köln hava limanına enib.
Təyyarə hava limanına enərkən təhlükəsizlik tədbirləri görülüb, baş verə biləcək problemin aradan qaldırılması üçün mütəxəssislər cəlb olunub.
Təyyarədə problemlər Hollandiya hava sahəsində olarkən meydana gəlib və pilotlar Argentina istiqamətindən dönərək Köln hava limanına qayıdıblar.
Hadisə dünən axşam saatlarında baş verib.
Bildirilir ki, xanım Merkel və nümayəndə heyəti başqa bir təyyarə ilə Argentinaya yola salınıb.