Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməməsi kiçik və əhəmiyyətsiz mövzudur.
Teleqraf.com xəbər verir ki, Göyçədə (Sevan) seçiciləri ilə görüşündə Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan belə deyib.
Onun sözlərinə görə, Ermənistanın milli maraqlarının qorunması bir sıra məsələlərdən daha önəmlidir:
“Lakin mövcud münasibətlərdəki problemlər nəzərə alınmasa, vəziyyət daha da pisləşəcək. Bu baxımdan, KTMT-yə üzv dövlətlərin öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi olduqca vacibdir. Buna görə də, KTMT-yə yeni baş katibin təyin edilməməsi kiçik və əhəmiyyətsiz mövzudur”.
Qeyd edək ki, KTMT-nin Ermənistandan olan baş katibi Yuri Xaçaturov vaxtından əvvəl istefaya göndərilib.
Barəsində cinayət işi açılmış Xaçaturov 2008-ci il martın 1-də Ermənistanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrini icra etməkdə ittiham olunur.
Əlavə edək ki, KTMT-yə 7 ölkə (Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan) daxildir.