Misiri, Yunanıstanı və Kipri birləşdirəcək yüksəkgərginlikli sualtı elektrik kabelinin çəkilməsi nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Prezidentinin energetika məsələləri üzrə müşaviri El Nokraşi məlumat verib.
Qeyd edilib ki, “EuroAfrica İnterconnector” adlı bu layihənin dəyəri 4 milyard dollar olacaq. Belə ki, bu yaxınlarda Nil çayının deltasında, Burullus rayonunda elektrik stansiyanın inşasına başlanılacaq. Stansiyada istehsal olunacaq enerjinin yarısını 498 kilometr uzunluğu olan kabel vasitəsilə Kiprə ötürüləcək. Sonra isə elektrik enerjisi uzunluğu 879 kilometrlik olan kabel vasitəsilə Krit adası otürüləcək, oradan 330 kilometrlik kabellə Avropaya paylanacaq.