Şimali Osetiyada Hərbi Gürcüstan yolunun soyuq hava şəraiti səbəbindən müvəqqəti bağlanmasına görə 120 yük avtomobili yolda qalıb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi Vladikavkaz-Lars yolundan keçidə 30 noyabr tarixindən məhdudiyyət qoyulacağını açıqlamışdı.
Qeyd edək ki, son bir həftə ərzində Şimali Osetiyada hava şəraiti -4 dərəcədən yuxarı qalxmır.