Livan sərhəd xəttində "Hizbullah" tunellərinə qarşı başladılan “Şimal Qalxanı” əməliyyatı müəyyən bir çərçivədə olmayacaq. Şəraitə görə əməliyyat genişlənə bilər.
Teleqraf.com “Yeditor Ahronot” qəzetinə istinadən bildirir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Qeyd edək ki, Baş nazir Netanyahu və Müdafiə naziri Qadi Ayzenkot "Hizbullah" tünellərinə qarşı keçirilən əməliyyatla əlaqədar mətbuat konfransı keçirib.
Netanyahu bildirib ki, ötən gün ordu tərəfindən aşkar edilən tunelllərə görə İsrail bölgəyə əsgərlər göndərəcək və ölkənin şimalındakı Cəlilə bölgəsində bəzi yerlərin işğal edilməsi ehtimalı var.