ABŞ-ın xüsusi “Stratfor” kəşfiyyat-analitik şirkəti Donald Tramp administrasiyasının 2019-cu ildə Rusiyanı Şərqi Avropa və Cənubi Qafqazdan çıxarmaq üçün ciddi addımlar atacağını iddia edib.
Teleqraf.com xəbər verir ki, şirkətin hazırladığı analitik məqalədə ABŞ-ın ilk növbədə Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyindəki (EAEU) ən yaxın müttəfiqlərini hədəfə alacağı bildirilib.
Eyni zamanda qeyd edilib ki, Belarusun obyektiv səbəblərdən Rusiyadan uzaqlaşması çətin olduğundan, ABŞ Mərkəzi Asiya və Qafqazda diplomatik səyləri gücləndirəcək.
Həmçinin əlavə edilib ki, ilk vəzifə kimi Ağ Ev hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanla sıx əlaqələr qurmağa qərar verdi.
Məqalədə Azərbaycan və Gürcüstanın 1999-cu ildə KTMT-dən imtina etməsindən ABŞ-ın məmnunluğu ifadə edilib:
“Hazırda Amerika Moskvanı daha da zəifləməyə ehtiyac duyur və bunu müttəfiqlərini Rusiyadan uzaqlaşdırmaqla həll etmək niyyətindədir. Qərb analitikləri bildirirlər ki, KTMT zəif bir hərbi-siyasi ittifaqdır. Ekspertlər göstərir ki, müqavilənin özü yenidən nəzərdən keçirilməlidir və əks halda, təşkilat tezliklə dağılacaq”.
Qeyd olunub ki, KTMT indiyədək heç bir üzvünə hərbi yardım göstərməyib: “2010-cu ildə Qırğızıstan hökuməti daxili silahlı münaqişəni həll etmək üçün qoşun göndərməyi xahiş etdi, lakin təşkilat rəhbərliyini bundan imtina etdi. Digər yandan, KTMT-dəki müttəfiqlərindən heç biri Ermənistana da Dağlıq Qarabağ münaqişəsində kömək etmir”.
Məqalədə KTMT üzvlərinin - Rusiya, Belarus və Qazaxıstanın Azərbaycana silah satdıqları vurğulanır:
“Digər yandan da, təşkilat üzvlərindən heç biri ilhaq edilmiş Krımı Rusiya ərazisi kimi tanımırlar. Ukrayna ilə Rusiya arasında Kerçdəki qarşıdurmada müttəfiqləri səssizliklərini qorudular. Bütün KTMT üzvlərindən yalnız Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Donbas işində Moskvadan başqa heç kəs iştirak etmir. Rusiya Suriyadakı döyüşü yalnız üç ildir davam etdirir.
Bu dövrlərdə müttəfiqlərdən yalnız Ermənistana bu ölkəyə bir dəfə humanitar missiya göndərmək niyyətini ortaya qoyub. Eyni zamanda, KTMT çərçivəsində hər il bahalı hərbi təlimlər keçirilir. Bütün bunlar kritik anlarda faydasız ola bilər”.
Məqalədə müttəfiqlərindən yalnız hərbi bazalarının olduğu Tacikistan və Belarus Rusiyaya etibarlı tərəfdaş ola bilər: “Lakin hər iki ölkə fikrini dəyişib Qərbə tabe olsa, nə baş verəcək? Məsələn, ortada Muammər Qəddafi və Viktor Yanukoviç nümunələri var”.
Yazıda son zamanlarda ABŞ-la əlaqələrini sıxlaşdıran Qazaxıstan “Rusiyanın ən etibarsız müttəfiqi” adlandırılıb: “Amerika biznesi bu ölkənin iqtisadiyyatını tamamilə ələ keçirib.
Digər yandan da, son 20 il ərzində Amerikadan Astanaya hərbi akademiyalarda təlim keçmək üçün nümayəndələr göndərilir. Hər il “Seppe Eagle” adlı birgə ABŞ-Qazaxıstan manevrləri keçirilir. Əlavə olaraq, Pentaqon Alma-Atıda bioloji laboratoriyasını yaradıb, bunun üçün təxminən 130 milyon dollar xərclənib. Bundan əlavə, Astana öz ərazisində Əfqanıstana tranzit trafik təmin etmək üçün Birləşmiş Ştatlara logistika mərkəzləri yaratmağı təklif edib”.
Məqalədə vurğulanıb ki, Qırğızıstanın müttəfiq statusu da bu ölkədə Rusiyanın hərbi varlığına baxmayaraq kövrəkdir: “Ölkədə hökm sürən qeyri-sabit siyasi atmosfer yeni inqilaba gətirib çıxara bilər.
Son vaxtlara qədər Ermənistan Rusiyanın ən etibarlı müttəfiqi hesab edilib. Amma bu il baş verən inqilab Amerika üçün faydalı oldu. Vaşinqton öz emissarı Con Boltonu İrəvana təsadüfən göndərməmişdi. Ermənistanın yeni lideri Boltona dedi ki, ABŞ-dan hansısa təklif olsa, müzakirə etməyə hazırdır”.