6 Dekabr 2018 18:58
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslami Şura Məclisinin (İran parlamenti) İsfahan ostanından seçilmiş millət vəkilləri dövlətin və spikerin Zayəndərud çayının bərpası və adıçəkilən bölgənin içməli su problemi ilə bağlı verdikləri vədlərə əməl etmədiklərinə görə istefa verib.

Teleqraf.com-un məlumatına görə, istefanın səbəbini açıqlayan deputat Hüseynəli Hacı Deliqani qeyd edib ki, İsfahandan seçilmiş millət vəkilləri ötən il enerji naziri və parlamentin sədri ilə İsfahan ostanının su probleminin həll olunması ilə bağlı müzakirələr aparıblar.

Görüş zamanı rəsmilər deputatlara İsfahanın su probleminin aradan qaldırılması üçün lazım olan tədbirlərin görüləcəyini söz versələr də, ötən müddət ərzində müsbətə doğru heç bir addım atılmayıb. Bu səbəbdən İsfahandan seçilmiş 18 millət vəkili istefa ərizələrini spikerə təqdim ediblər.

İstefa ərizəsində İsfahanda hələ də su probleminin qaldığı və dövlətin bu istiqamətdə heç bir addım atmadığı bir daha vurğulanıb.

Deputatlar buna görə də öz vəzifələrində qalmağın heç bir önəm daşımadığını qeyd edərək, istefa ərizəsi təqdim edilən andan etibarən parlamentin iclaslarına qatılmayacaqlarını bildiriblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər