ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauerti ölkənin BMT-dəki daimi nümayəndəsi təyin etmək qərarına gəlib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi Nikki Heyli ilin sonunda öz vəzifəsini tərk edəcəyini bildirib.
ABŞ prezidentinin daimi nümayəndəni təyin etməsindən sonra onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.