7 Dekabr 2018 17:33
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvana gəlmək üçün dəvət gözləyir. O, ikitərəfli münasibətlərdə yaranmış problemləri Ermənistanda müzakirə etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan çıxış edib.

O, ehtimal edilən səfər çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsinin həll ediləcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko dekabrın 6-da jurnalistlərə açıqlamasında KTMT-yə yeni baş katibin Belarusdan təyin ediləcəyini və bu məsələnin razılaşdırıldığını açıqlayıb.

Ermənistan baş nazirinin mətbuat katibi Armen Yeqoyan isə Belarus başçısının bu iddiasını təkzib edib. Rəsmi İrəvan KTMT-yə Ermənistan nümayəndəsinin təyin edilməli olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər