8 Dekabr 2018 21:39
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Tehran, Şimali Xorasan, Qəzvin, Kürdüstan, Kirmanşah, Lorestan, Mazandaran, Mərkəzi və Həmədan vilayətləri qar və çovğun altındadır. 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib.

Bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədr müavini Şahin Fəthi deyib.

Onun sözlərinə görə, 2 150 nəfərə yardım edilib, 103 nəfər müvəqqəti məkanlara yerləşdirilib. Həmçinin 321 avtomobil qardan çıxarılıb.


Müəllif: Mənbə/Trend