Fransa hökumətinin sözçüsü "sarı jiletlilər"in etiraz aksiyalarına son vermək məqsədilə prezident Emmanuel Makronun gələn həftə üzr istəyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hökumət sözçüsü ölkə başçısının yanacağın qiymətinə daha çox endirim edəcəyini söyləyib.
Emmanuel Makronun televiziya vasitəsilə üzr istəyəcəyi bildirilir.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Qiymət artımına qarşı hərəkat “sarı jiletlilər” adlandırılıb.