9 Dekabr 2018 18:00
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir gizləndiyi söylənən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan növbədənkənar parlament seçkilərində səsverməyə gəlib.

Teleqraf.com xəbər verir ki, qeydiyyatda olduğu məntəqəyə yaxınlaşan Serj Sərkisyan salam verərək heç kəslə ünsiyyət qurmadan səsvermə hüququndan istifadə edib.

Jurnalistlərə uzaq durmağı tövsiyə edən sabiq prezident "Heç birinizə müsahibə verməyəcəm" deyərək məntəqəni tərk edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər