Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.
Teleqraf.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 2010 məntəqədə səsvermənin nəticələrinə görə, ikinci yeri 8.27 faizlə (103824) "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Ttsarukyanın tutduğunu bildirib.
Mövcud qanunvericiliyə görə, 105 deputatdan ibarət Ermənistan parlamentində yerlərin sayı artırılacaq. Yeni parlament 132 deputatdan ibarət olacaq. Erməni məclisində yerlərin 3/1-i müxalifətə ayrılacaq.
Təxmini hesablamaya görə, "Mənim adımım" bloku 88 mandat, "Çiçəklənən Ermənistan" partiyası - 26 mandat, “Parlaq Ermənistan" isə 18 mandat alacaq.